Hamısı müsəlman olan hunza türkləri orta hesabla 110-120 il yaşayırlar.
Qaynarinfo xəbər verir ki, onlar Pakistanın Kəşmir vilayətinin yaxınlığında yaşayırlar. Onlar qurutduqları təzə meyvələrdən yeyir, dağ havası alırlar. Olduqca gənc görünən hunzalardan heç kəs bu vaxta qədər xərçəng xəstəliyinə tutulmayıb.
Hunza türklərinin həyat tərzi elm adamlarının da marağına səbəb olub. Çoğrafi şərtlər və iqlim dəyişikliyi səbəbindən Sibir və bugünkü Rusiya düzənliklərindən Mərkəzi Asiyaya köç etdikləri düşünülən hunzalar ovçuluqdan köçəri maldarlığa keçid ediblər.
Hunzaların bu qədər uzun ömür sürməsinə səbəb onların dəniz səviyyəsindən 6 min metr yüksəklikdə və bol oksigen olan bölgədə yaşamalarıdır. Buz kimi təmiz su içir, özləri əkib becərdikləri məhsullarla qidalanırlar.
Hunzaların ət və ədviyyatlı yeməkləri çox məşhurdur və sadəcə özləri əkdikləri tərəvəzlərdən istifadə edirlər. Hunzaların yemək qabları balacadır. Az yeyirlər. Yeməklərinin böyük qismini arpa, darı və qara buğda təşkil edir.
Göyərti və meyvələri çiy yeyən hunzalar tamamilə vegetarian olmasalar da, ətdən çox az istifadə edirlər. Əksəriyyəti həftədə 1 dəfə ət yeyir.
Hunzaların gənc qalmasının başqa bir səbəbi isə daim hərəkətdə olmalarıdır. Hər gün yürüşə çıxır, tarlada çalışırlar. Bundan başqa onlar nəfəs alarkən xüsusi yoqa texnikasından istifadə edirlər.
Şərhlər