Dünya 12:06 18.09.2013

120 minlik BMW-ni belə baltaladı - VİDEO

Almaniyada yaşayan iranlı iş adamı Hadi Purmohseni 2008-ci ildə aldığı BMW markalı avtomobilini tez-tez problem yaratdığı üçün şirkətə etiraz etmək istəyib.

Qaynar.info xəbər verir ki, dostu ilə Frankfurtdakı Avtmobil Sərgisinin qarşısına gələn iş adamı 120 min avroluq BMW M6 markalı avtomobilini balta ilə parçalayıb. 

Hadi avtomobilini bir neçə dəfə servisə apardığını, ancaq problemin həll olunmadığını BMW-nin İtaliyadakı mərkəzi ilə Münhendəki mərkəzi arasında get-gələ salındığını deyib. 

Sonuncu dəfə BMW-yə yazdığı məktuba cavab verilmədiyi üçün belə bir qərar verdiyini söyləyən iş adamı, "İndi də mən onlara etdiyim hərəkətlə cavab verirəm" deyib. 

Hadisə yerinə gələn polis heç bir müdaxilə edə bilmədiyi üçün yalnız sənəd yoxlamaqla kifayətlənib.

Qaynar.info