Dünya 11:11 14.12.2019

13 milyon istifadəçisi olan ölkədə narkotik leqallaşdırıldı (QANUN)

İtaliya parlamenti "yüngül marixuana" kimi tanınan bitkinin satışına və istehsalına icazə verib.

Qaynarinfo xəbər verir ki, illərdir ölkədə müzakirə mövzusu olan Qanun layihəsi nəhayət qəbul edilib.

Buna görə, İtaliyada yanvarın 1-dən etibarən, siqaret və tütün satan mağazalar tərkibində yüzdə 0,5 faiz marixuananın aktiv maddəsi olan THC (Tetrahydrocannabinol) olan otlar satıla biləcək.

Hökumətin ölkədə bu qanunla qanunsuz narkotik ticarətin nəzarət altına alınmasının planlaşdırıldığı və qanuni olaraq dükanlarda satılan məhsulları qeydiyyata alınaraq vergi gəlirlərini artıracağı hesab edilir.

Ancaq bu qanuna qarşı çıxanlar da var. İtaliyanın keçmiş daxili işlər naziri və sağçı müxalif "Şimal Liqası” partiyasının lideri Matteo Salvini qanuna qarşı çıxaraq bütün narkotik satan dükanlarının bağlayacağını deyib. 

Salvini daha əvvəl qanun layihəsi ilə bağlı bunları deyib:

"Fahişəliyin leqallaşdırılmasını və tənzimlənməsini dəstəkləyirəm. Çünki seks sağlamlığa zərər vermir, ancaq narkotik verir”.

Qeyd edək ki, İtaliyada təxminən 13 milyon və Avropada isə 70 milyondan çox insanın narkotikdən istifadə etdiyi təxmin olunur. İtaliyadakı narkotik bazarının dövriyəsi ildə 12 milyard avroya çatır.

Alpər