Foto 18:35 18.02.2019

13 yaşlı uşaq xəzinə tapdı (FOTOLAR)

Almaniyada 13 yaşlı uşaqla, həvəskar bir arxeoloq xəzinə axtararkən 1000 illik tarixin qalıqlarını tapıblar.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Rene Şoen adlı həvəskar arxeoloq şagirdi Luka Malaşnitşenko ilə birgə yanvar ayında ölkənin şimalında yerləşən Reugen adasında medal dedektoru ilə xəzinə axtarıblar. Dedektor səs çıxaranda öncə dəyərsiz bir aliminium olduğunu düşünüblər, lakin daha yaxından baxanda gümüş parçası olduğunu anlayıblar.

Ötən həftə onların gümüş tapdıqları ərazidə yerli arxeologiya idarəsi tərəfindən 400 kv. metr ərazidə qazıntı aparılıb və Osmanlı, Bizans, Saksonita və Danimarkaya aid gümüş sikkələr tapılıb.

Xəzinənin Danimarkaya xristianlıq dinini gətirmiş "Mavi diş" ləqəbli əfsanəvi kral Heralda aid ola biləcəyi ehtimal edilir.

Qazıntı zamanı hörülmüş qolbağılar, incilər, broşlar, vikinqlərin tanrısı Torun çəkicinə bənzər zinət əşyası, üzüklər və 600 gümüş sikkə tapılıb.