Paris metrosunda qatar texniki problem səbəbilə 3 saat ərzində tuneldə qalıb.

Qaynarinfo xəbər verir ki, "Charles de Gaulle" bə "La Defense" stansiyaları arasında yaşanan problem 1400 sərnişinin 3 saat boyunca tuneldə qalmasına səbəb olub. Daha sonra insanlar digər qatar vasitəsilə təxliyə edilib.

Qeyd edək ki, ötən ay da oxşar problem yaşanmış, Paris metrosunda 3 mindən çox insan tuneldə qalmışdı.

Gülşən