Dünya 12:49 20.04.2018

15 arvadı olan kral ölkəsinin adını dəyişdirdi

Svazilend kralı III Mswati ölkəsinin müstəqilliyinin 50-ci il dönümünün və öz ad gününün keçirildiyi mərasimdə ölkənin adını dəyişdirdiyini açıqlayıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkənin yeni adı "Eswatini Krallığı" olub. Yeni ad "Swatinilərin vətəni" mənasını daşıyır.

Ad dəyişikliyi gözlənilmirdi, lakin kral illərdir ki, Svazilendə "Eswatini" deyirdi. O, ötən il BMT-dəki və 2014-cü ildə isə parlamentdəki çıxışında bu addan istifadə etmişdi. O bu qərarı ölkənin əvvəlki adının İsveçlə qarışdırılması səbəbindən qəbul etdiyini bildirib.

"Hara getsək Switzerland (İsveçin ingiliscəsi) deyirdilər", - deyə o, bildirib.


Müxaliflər krala ad dəyişdirməklə məşğul olmaqdansa, ölkənin yavaşlayan iqtisadiyyatı ilə maraqlanmasını məsləhət görüblər.

Svazilend kralları siyasi partiyaların qadağan edilməsi və qadınlara qarşı ayrıseçkiliyin tətbiq edilməsi səbəbi ilə insan hüquqları təşkilatları tərəfindən tənqid olunurlar.

Qeyd edək ki, 82 il hakimiyyətdə olan kral II Sobhuzanın oğlu olan kral Mswatinin hazırda 15 arvadı var. Atasının isə 125 kənizi olmuşdu.