Dünya 15:37 22.04.2018

15 millət vəkili CHP-dən istefa verib, İYİ Partiyaya keçir

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiya 3 noyabr 2019-cu ildən 24 iyun 2018-ci ilə keçirilən prezident seçkilərini müzakirə etmək üçün bir araya gəlib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, partiya liderləri Kamal KılıçdaroğluMaral Akşenerin görüşündə ortaya atılan İYİ Partiyanın seçkilərdə iştirakı məsələsi müzakirəyə çıxarılıb.
 
Nəticədə İYİ Partiyanın seçkilərdə iştirak edə bilməsi üçün 15 CHP millət vəkilinin bu partiyaya keçməsi barədə qərar qəbul edilib. Həmin şəxslərin böyük hissəsinin adı açıqlanıb:

Balıkesir millət vəkili Ahmet Akın
Bursa millət vəkili Nurhayat Altaca
Burdur millət vəkili Mehmet Göker
Edirnə millət vəkili Okan Gaytancıoğlu
Tufan Köse
Tacettin Bayır
Çetin Arık
Ünal Demirtaş
Ömer Fethi Gürer
Fatma Kaplan Hürriyet
Burcu Köksal
Mustafa Tunçer
Nihat Yeşil
Hüseyin Yıldız

Seçki qanununa görə, partiyanın seçkilərdə iştirakı üçün səsvermə günündən azı 6 ay əvvəl qurulmalı, Türkiyə Milli Məclisində qrupa sahib olmalıdır. İYİ Partiya məclisdə 5 nəfərlə təmsil olunurdu, qrup yaratmaq üçün isə azı 20 millət vəkilinin iştirakı vacibdir. 

CHP rəsmisi Engin Altay Milli Məclisdə məsələ ilə bağlı açıqlama verəcək.

Gülşən