Dünya 15:19 25.04.2018

10-15 milyon yeni təkhüceyrəli canlı növü aşkarlanacaq

Alimlər dünyada yaşayan bütün mürəkkəb hüceyrəli canlıların DNK xəritəsini hazırlayacaq.

Qaynarinfo xəbər verir ki, ABŞ Milli Elmlər Akademiyası layihəni "Proceedings of the National  Academy of Sciences" jurnalında elan edib. Bu ölkə ilə yanaşı Avropa İttifaqı, Çin, Braziliya, Kanada, bəzi Afrika ölkələrindən olan alimlər də xəritənin hazırlanmasında iştirak edəcək. "Dünya Biogenom proyekti" adlanan layihə nəticəsində 1,5 milyon evkariot hüceyrə quruluşuna sahib canlı növünün DNK xəritəsi yaradılacaq. Bu günə qədər belə canlıların çox az bir qisminin belə bir xəritəsi yaradılmışdı.

Tədqiqat prosesində 10-15 milyon yeni təkhüceyrəli canlı növünün aşkarlanacağı təxmin edilir. 

10 il davam edəcək proses nəticəsində ölçüsü 200 petabaytdan böyük olan elektron kitabxananın yaradılacağı gözlənilir. Yeni informasiyaların kənd təsərrüfatı, dərman sənayesi və s. sahələrdə ciddi dəyişikliklərə səbəb olacağı təxmin edilir. 

"Dünya Biogenom proyekti" 1990-2003-cü illərdə həyata keçirilmiş "İnsan Genom proyekti"nə bənzədilir. Bu layihə 3,8 milyon dollara başa gəlmiş, 796 milyard dollarlıq iqtisadi təsirə səbəb olmuşdu.

Gülşən