Ekonomiks 12:00 17.01.2015

15 yaşlı azərbaycanlı sosial şəbəkə yaratdı

10-cu sinif şagirdi Həmzə Hüseynovun yaratdığı milli sosial şəbəkə böyük marağa səbəb olub.  

2013-cü ildə qardaşının və dostlarının dəstəyiylə yaratdığı MyTagram.Az  saytının istifadəçi sayı 323 mini keçib.

Həmzə Hüseynov ATVxəbər.az-a verdiyi açıqlamasında bildirib ki, 3 dildə fəaliyyət göstərən saytın məqsədi dünya azərbaycanlılarını bir ünvanda toplamaqdır:

“Saytdan gələn gəlirə ehtiyacımız yoxdur. Ilk gəliri xeyriyyə məqsədiylə istifadə etdikdən sonra geri qalanını reklamlara ayırırıq”. –deyən, 16 yaşlı Həmzə, yaratdığı milli sosial şəbəkənin əhatə dairəsini genişləndirmək və funksionallığını artırmağı hədəflədiyini deyib.

10-cu sinif şagirdi olan Həmzə ailəsindəki ənənəni davam etdirərək hərbiçi olmağı düşünür.

Qaynar.info