Dünya 12:55 02.02.2013

15 yaşlı qız Nobelə namizəd oldu

Pakistanda Taliban tərəfindən başından vurulan 15 yaşlı Malala Yusufzay Nobel Sülh Mükafatına namizəd göstərilib.

Qaynar.info-nun məlumatına görə, Oslo Sülh Araşdırmaları İnstitutunun rəsmisi Kristian Berq Harpviken Pakistanda ötən il ilin noyabrında qız uşaqlarının təhsili üçün kampaniyalar aparan 15 yaşlı Malalanın Nobel Sülh Mükafatına namizəd kimi təqdim olunduğunu bildirib.

Berq Harpviken, sadəcə demokratiya və insan haqları müdafiəçisi olmasına görə deyil, eyni zamanda uşaq və təhsil məsələsini gündəmə gətirdiyi üçün Malalanın bu mükafata layiq görülə biləcəyini deyib.

Malalanın namizədliyi Fransa, Kanada və Norveç millət vəkilləri tərəfindən irəli sürülüb.

Qeyd edək ki, ötən ilin noyabrında Taliban dəstələri tərəfindən başından vurulan və İngiltərədə xəstəxanada müalicə olunan Malala bir neçə gün əvvəl evə buraxılmışdı.

Qaynar.info