Foto 14:31 23.03.2018

150 köpəkbalığı intihar etdi (FOTOLAR)

Avstraliyanın Hamelin körfəzində 150 köpəkbalığı özünü sahilə çırpıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bir balıqçı tərəfindən aşkar edilən hadisədən sonra insanlara sahilə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib. Köpəkbalıqlarını xilas etmək üçün tədbirlərə start verilib.

Uzunluqları 5 metrə çatan bu canlıların əksəriyyətinin ölü olduğu deyilir.

Qeyd edək ki, bu, özünü sahilə çırpan ən böyük köpəkbalığı qruplarından biridir.

Gülşən