Foto 13:59 23.10.2019

150 milyon dollarlıq mərasim (FOTOLAR)

Yaponiyada ötən gün taxta çıxan İmperator Naruhito üçün təşkil edilən mərasim 150 milyon dollara başa gəlib.

Qaynarinfo xəbər verir ki, 2600 nəfərlik qonağın, 180 ölkədən rəsminin iştirakı ilə baş tutan tədbir üçün xərclənən pul ölkədə narazılığa səbəb olub. Milli və qədim Şinto dininin qaydalarına uyğun təşkil olunan mərasim vergilərlə ödənilir. Bu fakta ölkənin dindar olmayan əhalisi xüsusilə etiraz edir.

Qeyd edək ki, İmperator Naruhito və Baş nazir Şinzo Abe mərasim xərclərinin azaldılmasını dəstəkləsə də, planlaşdırılandan daha çox məbləğ istifadə olunub.

Gülşən