Dünya 17:52 12.02.2018

İki şirkət arasında 16 milyard dollarlıq müqavilə

Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" havayolu şirkəti "Airbus" şirkəti ilə razılığa gəlib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, "Emirates" "Airbus"dan 10 ədəd "A380" təyyarəsi alacaq. Razılığın qiyməti 16 milyard dollardır. Ehtiyac olsa, əlavə 16 təyyarə də sifarişə daxil ediləcək.

Qeyd edək ki, "Emirates" şirkəti hazırda 101 ədəd "A380" təyyarəsindən istifadə edir.

Gülşən