Video 18:03 20.11.2019

16 yaşlı bu fəal zaman yolçusudur? - 121 yaşlı qızla inanılmaz bənzərlik (VİDEO)

16 yaşlı isveçli iqlim fəalı Qreta Thunberqə bənzəyən bir qızın Vaşinqton Universitetinin arxivində tapılan 121 yaşlı fotosu sosial mediada mübahisələr yaradıb.

Qaynarinfo xəbər verir ki, sözü gedən foto 1898-ci ildə Kanadanın Yukon bölgəsində çəkilib. 

Fotonu görənlərin çoxu 16 yaşındakı iqlim fəalı Qreta Thunberqin zamanla səyahət etdiyini və keçmişdən gəldiyini iddia edib.
Bəzi istifadəçilər fotonun montaj olduğunu söyləsə də, fotonun gerçək olduğu üzə çıxıb. 


1898-ci ildə Kanadada çəkilən fotoda iki kiçik oğlan və bir kiçik qız gözə çarpır. Kiçik qız indi Şimali Amerikadan Avropaya gələn Qreta Thunbergə bənzəyir.

Bəzi saytlarda sözügedən fotoya əsasən Qretanın kosmosdan gəlməsiylə bağlı nəzəriyyələr gündəmə gətirilib.

Qeyd edək ki, keçən həftə Qreta Thunbergin görüntüsü sel daşqınları üzündən ağır günlərini yaşayan Venesiyada bir meydanda çəkilən fotoşəklə montaj etilmiş, üstünə "Sizə demişdim" sözləri yazılmışdı. Sözügedən montaj sosial mediada xeyli paylaşılmışdı.

Alpər