Dünya 12:17 12.12.2019

16 yaşlı qız "İlin adamı" seçildi (FOTO)

TIME jurnalı hər il olduğu kimi bu il də "İlin adamı"nı seçib.
 
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə isə bu titulun sahibi 16 yaşlı Qreta Tünberq olub.
 
Jurnal hələ 17 yaşı yanvar ayında tamam olacaq Tünberq haqqında danışarkən "gəncliyin gücü" ifadəsindən istifadə edib.

Qeyd edək ki, bu seçimə səbəb 16 yaşlı İsveç iqlim fəalı Qreta Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi İqlim Sammitindəki çıxışı ilə dünyanın diqqətini özünə çəkməsi olub.