Maqazin 11:25 14.06.2019

1600 bilet satıldı, məşhur müğənni Bakıya gəlmədi

Məşhur türk müğənni Demet Akalının Bakı konserti ləğv olunub. 

Qaynarinfo xəbər verir ki, o, bu gün paytaxt məkanlarının birində konsert proqramı ilə çıxış etməli idi. Lakin 1600 bilet satılan konsert ikinci dəfə ləğv olunub. Belə ki, ifaçı Bakıya gəlməkdən vaz keçib.

O, sabah Türkiyədə klubların birində səhnəyə çıxacaq.

Qeyd edək ki, konsertin ilkin tarixi 1 maya təyin olunmuşdu, lakin sonra vaxt dəyişdirilmişdi.