Kripto valyuta şirkət sahibi olan türkiyəli Yasin O. adlı şəxsin 400 ədəd "Bitcoin"i hakerlər tərəfindən oğurlanmışdı.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Yasin 25 mart 2018-ci il tarixində bu barədə polisə məlumat vermiş və istintaq prosesinə start verilmişdi. 

Hesaba daxil olan hakerlər "Bitcoin"ləri digər ölkələrdə yerləşən fərqli hesablara əlavə edərək oğurluğu gizlədə bilmişdi. Tədqiqatı davam etdirən polis isə hadisəni törədən şəxslərdən olan A.K-nı həbs edib. Bundan sonra hakerlər 17 milyon türk lirəsi dəyərində 400 ədəd "Bitcoin"i geri qaytarıb. Yasin O. isə şikayətini geri götürüb.

Qeyd edək ki, polis oğurluğun bilərəkdən hazırlanması, sığorta pulu almaq məqsədi daşıma barədə ehtimalları da nəzərdən keçirir. 

Gülşən