Texnologiya 23:00 28.04.2018

17 milyonuncu Bitcoin çıxarılır: Nələr baş verəcək?

Çıxarıla biləcək Bitcoin miqdarı getdikcə azalır. Bu gün 17 milyonuncu Bitcoin çıxarılacaq. Bu niyə vacibdir?

Blockchain.info-da ilk kriptovalyuta olan Bitcoin-in 17 milyon token sayına yaxınlaşdığı müşahidə olunur. Qaydalara görə, maksimum 21 milyon Bitcoin çıxarıla bilər. 2016-ı ilin ortalarından bu yana 17 milyonu keçməmişdi.

Mədənçilik bir çox faktorlarla bağlıdır. Bitcoin-lərin nə vaxt çıxarılacağını təxmin etmək çətindir. Hər Bitcoin bloku 12.5 yeni Bitcoin istehsal edir. Bloqlar təxminən 10 dəqiqədə yaranır və gündə 1800 Bitcoin hazırlanır.

Mütəxəssislər Bitcoin-in sayının 17 milyona çatmasını müxtəlif şəkildə dəyərləndirir. Gələcəkdə alıcıların və mədənçilərin sahib ola biləcəkləri Bitcoin sayı getdikcə məhdudlaşır.

Tim Dreyper isə bu dönüş nöqtəsinin texnoloji bir müvəffəqiyyət olduğunu ifadə edib:

"Məncə 17 milyon Bitcoin-in çıxarılması çox yaxşıdır. Bitcoin təsisçiləri onun bu səviyyəyə çatacağını yuxularında belə təsəvvür etməzdilər”.

17 milyonluq göstərici Bitcoin-in iqtisadi sahədə mövcudluğu baxımından önəmlidir. Bitcoin-in erkən investorlarından olan Teys Meyer mövzuyla bağlı bunları qeyd edib:

"Bazar tələbini yüksəltsəniz, inflyasiyaya təslim olacaqsınız. Bazar tələbinin məhdudlaşdırılması yaxşı üsuldur. Əks təqdirdə, qanunsuz vergiyə cəlb edilmə kimi problem yarana bilər”.

Mədənçi mükafatları

Mədənçilərin aldığı mükafatlar zamanla dəyişir. Satoşi Nakamoto 2009-cu il yanvarın 3-də ilk bloku yaratmaqla ilk 50 Bitcoin-i hazırladı. Daha sonra lk ”yarılama” reallaşdı. Bununla mükafatın miqdarı azaldı.

Bitcoin koduna görə, hər 210 min blokda bir mükafat yarıya enir. Ən son yarılama ilə 2016-ci ildə mükafat 12.5 Bitcoin-ə düşdü. Geridə qalan 4 milyon Bitcoin-in çıxarılması indiyədək çıxarılan 17 milyon Bitcoin-in çıxarılmasından daha uzun müddətdə davam edəcək.

Mütəxəssis Ceymson Lopp bunları bildirib:

"17 milyon BTC çox görünə bilər, ancaq elə deyil. Bütün milyonerlər üçün kifayət qədər Bitcoin yoxdur. 1 Bitcoin 100 milyon satoshiyə bölünə bilir. Bu, çox yaxşıdır”.

Digər tərəfdən, ümumi Bitcoin sayı 21 milyona çatmayacaq. Mədənçilər işlərinə davam etsələr də, yaratdıqları bloklar üçün yeni Bitcoin-lər əvəzinə birbaşa ödəniş alacaqlar. Belə bir bazarın işləməyəcəyinə dair fikirlər olsa da, Bitcoin sayının 17 milyona çatması irəliləyişin sübutudur.

Mənbə: kripto.az