Sənət 15:04 31.10.2014

18 ildir "Şərq"i oxuyurlar

Noyabrın 1-də “Şərq”qəzetinin 18 yaşı tamam olur.  

Qaynar.info xəbər verir ki, 1996-cı ilin noyabrından çap edilən Azərbaycanın müasir mətbuat tarixində öz yeri olan “Şərq” 18 il əvvəl olduğu kimi bu gün də sayılıb-seçilən qəzetlər sırasındadır. Mətbuatın bol, sözün aşıb-daşan vaxtı "Şərq”i yaratmaq ideyası beləcə doğdu. İstək yaxşı şeydir, arzuladığını həyata keçirmək, çətinlikləri gözardına almaq da, asan iş deyildi. Lakin bütün bunlara baxmayaraq qəzetin baş redaktoru Akif Aşırlı “Şərq” adlı mətbu orqanı təsis edə bildi. Beləcə “Şərq” 18 il əvvəl Azərbaycanda çap olunmağa başladı və bugündə “Şərq”ən oxunaqlı qəzetlərdən biridir.  Bugün münasibətilə bizdə “Şərq” qəzetinin rəhbərliyini və bütün kollektivi ürəkdən təbrik edirik. 

Məlumat üçün bildirək ki, indiyənə qədər 3930 sayı işıq üzü görən 1996-cı ilin noyabrın 1-də 1000 tirajla çap olunan “Şərq” 6 ay sonra tirajını üç dəfə artırıb. 4 səhifəlikdən 8 səhifəyə keçən qəzet 1998-ci ilin ortalarında  isə 16 səhifədə həftədə üç dəfə köşklərdə satılmağa başladı. Daha sonra isə həftə içi 5 gün çap olunmağa başladı. “Şərq” elə həmin vaxtdan da özünün ən uğurlu kadrlarını formalaşdırdı. Bugünə qədər bu qəzetdə çalışan “Şərq”çilərin sayı 150-dən çoxdur.

Qaynar.info saytı olaraq həmkarlarımızı təbrik edir, onlara işlərində uğurlar arzu edirik.

Qaynar.info