Dünya 14:33 24.05.2018

18 milyardlıq xəzinə: 300 illik sirr açıldı

İspaniya donanmasına aid San Xose adlı gəmisinin okean suları altında qalıqlarının tapılması rəsmiləşib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 1708-ci ildə İngiltərə tərəfindən batırılan gəmi ziynət əşyalarını Amerika qitəsinə daşıyırdı. Mütəxəssislər aşkar edilən qalıqlar arasında 4-18 milyard dollar dəyərində qiymətli əşyaların olduğunu bildirir.

Qeyd edək ki, qalıqlar 2015-ci ildə tapılıb, lakin San Xoseyə aid olduğu indi təsdiqlənib.

Gülşən