Kriptovalyuta dünyasına erkən yaşda qədəm qoyan Eddi Zillan indi "Bitkoin"lə bağlı məsləhətçi kimi fəaliyyət göstərir. 

Qaynarinfo xəbər verir ki, yaşıdları ilə müqayisədə sürətli yüksəliş dövrü keçən Eddi "Bitkoin"dən 1 milyon dollardan artıq qazanıb. 

Kriptovalyuta bazarına 15 yaşında qoşulan Eddi 18 yaşında 1 milylon dollardan artıq pul qazanaraq bütün dünyanın diqqətini üzərinə çəkib. Amerikalı gənc uğuru ilə bağlı "Business Insider"a danışıb. 

Zillan bildirir ki, 3 il əvvəl tennis dərsi verərkən qazandığı pulla kriptovalyuta alıb. Əvvəlcə 100 dollarlıq yatırım edib və ilk gündə 10 dollar qazanıb. Daha sonra bütün pulunu bu sahədə dəyərləndirmək qərarına gəlib. 

"Hər şeyimi riskə atdım" deyən Eddi qeyd edir ki, kriptovalyuta bazarı artıq 2015-ci illə müqayisədə xarici müdaxilələr üçün daha açıqdır. O, artıq bu sahə üzrə məsləhətçi kimi fəaliyyət göstərir.

Öz səyləri ilə qazandığı pulla yaşadığı lüks həyatını sosial mediada sərgiləməkdən çəkinməyən 18 yaşlı milyonçunun fotolarını təqdim edirik.

Aydın