Dünya 13:38 11.09.2013

18 yaşlı əsgərə təcavüz etdilər -FOTOLAR

İngilis ordusunda bir əsgərə verilən işgəncələr eşidənləri şoka salıb.

DailyMail qəzeti bir əsgərə qarşı işgəncə və təcavüz görüntülərini yayıb. 


Belə ki, əsgərlər yığışıb əyləncəyə gedərkən 18 yaşlı əsgər getmək istəməyib. Bu zaman o yoldaşlarının təcavüzünə məruz qalıb. Əlləri arxadan bağlı olan əsgərə süngü və digər əsgər alətləri ilə təcavüz ediblər.

Mart ayında yaşanan hadisədən sonra əsgər ordunu iznsiz tərk edib. Sonra o yaxalanaraq həbsxanaya atılıb. Əsgər deyib ki, hər zaman orduda xidmət etmək arzusunda olub. Lakin yaşanan hadisədən sonra ordu onun üçün dözülməzdir. Hazırda təcavüzçü əsgərlərin tapılması istiqamətində iş gedir.//publika.az