Dünya 10:30 18.01.2020

180 sərnişinin olduğu təyyarə yandı: Bu dəfə Rusiyada (FOTO)

Rusiyanın Novosibirsk şəhərində Tolmaçevo aeroportunda Vyetnamın Kamran şəhərinə uçmağa hazırlaşan sərnişin təyyarəsinin mühərriki yanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətdəki mənbəyə istinadla xəbər yayıb.

 

İlkin məlumata görə, təyyarə işə düşərkən yanacaq alışıb. Heyət yanğınsöndürmə sistemini işə salıb. Göyərtədə həmin vaxt 180-dən artıq sərnişin olub. Onların hamısı təxliyyə edilib. /Oxu.az