Dünya 15:25 22.03.2018

19 il əvvəl itən qıza aid qeyd tapıldı (FOTO)

ABŞ-da 19 il əvvəl itkin düşən 11 yaşlı Mikel Biqs adlı qıza aid olduğu ehtimal edilən qeyd tapılıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 1 dollarlıq əskinazın üzərində yazılan qeyddə "Mənim adım Mikel Biqsdir. Mesada qaçırılmışam. Sağam" cümlələri yer alıb. Arizonada itən qıza aid olduğu iddia olunan qeyd ərazidən 1400 mil uzaqlıqda Viskonsində tapılıb. 

Bildirilir ki, əl yazısı uşağa aiddir, lakin adın ilk hissəsində hərf səhvi edilib. 1999-cu ildə baş vermiş hadisədə Mikelin bacısı Kimber onun yanından 90 saniyəlik uzaqlaşmış, sonra Mikel yoxa çıxmışdı. Mikelin velosipedi ərazidən 2 məhlə uzaqlıqda tapılmışdı.

Məsələ ilə bağlı istintaq prosesinə start verilmiş, cinsi zorakılıqda ittiham edilən 20-yə qədər cinayətkar sorğulanmış, lakin heç nə tapılmamışdı.

Gülşən