Dünya 12:27 01.07.2013

19 yanğınsöndürən yanaraq öldü

ABŞ-ın Arizona ştatının mərkəzində başlayan və tezliklə geniş ərazilərə yayılan güclü meşə yanğını 19 yanğınsöndürənin ölümünə səbəb olub. 

ANN.Az-ın "BBC"yə istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlər Yarnell qəsəbəsinin əhalisini təhlükə altında qoyan güclü yanğını söndürməyə çalışarkən həlak olublar. 

Qeyd edək ki, ötən cümə günü baş verən şimşək çaxması nəticəsində başlayan yanğın yüksək temperatur, güclü külək və aşağı rütubət şəraitində tezliklə geniş ərazilərə yayılıb.  Yarnell ərazisində 50-ə  yaxın ev yanğına görə evakuasiya edilib. 

Qeyd edək ki, hazırda 200-ə yaxın yanğınsöndürən hələ də güclü yanğını nəzarət altına almağa çalışır. 

Qaynar.info