İdman 13:46 04.09.2013

2 futbolçu gecə klubunda 8 qız ilə

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Tromse” ilə oyunda (2:1) “Beşiktaş”ın ikinci qolunun müəllifi olan Oğuzhan Özyakub başını dərdə salıb.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, qələbəni və vurduğu qolu qeyd etməyi lazım bilən 20 yaşlı gənc futbolçu komanda yoldaşı Manuel Fernandeslə gecə klubuna baş çəkib.

Ancaq zəfərin dadını 8 qızla əylənərək çıxaran futbolçular kameralara yaxalanıblar. Nəticədə “Beşiktaş”ın hər iki futbolçusu, xüsusən də gənc istedad media və ictimaiyyətin ciddi tənqidi ilə üzləşib.

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz “İnter”i mübarizədən kənarlaşdıran “Tromse” pley-off-da uduzmasına rəğmən, qruplarda qalmağı bacarıb.

“Beşiktaş” 2 oyunun nəticəsinə görə qalib gəlsə də (1:2, 2:0), İstanbul təmsilçinin UEFA tərəfindən avrokuboklardan 1 illik kənarlaşdırılması “Tromse”nin yolunu açıb.

Qaynar.info