Video 23:06 10.02.2018

2 uşaq anası gördüyü yuxuya görə evi tərk etdi (VİDEO)

İki övladı olan gəlin keçən ilin noyabrından yoxa çıxıb.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, yaxınları gəlindən xəbər ala bilmir. Hadisə Qusar rayonunun Qullar kəndində baş verib.

Kənd sakini 29 yaşlı Rəna Mehdiyeva itkin düşüb. Qayınanasının dediyinə görə, Rəna ilə aralarında heç vaxt problemləri olmayıb. Rəna 2 ay xəstəxanada müalicə alıb. Daha sonra evə qayıdıb və bundan sonra onda dəyişiklik baş verib. Rəna həyat yoldaşından ayrılmaq istəyib. Səbəb isə onun görüdüyü yuxu olub.

Ən maraqlısı da odur ki, Rəna evdən gedən zaman məktub yazıb qoyub. Məktubda isə ailə üzvlərindən narazı olmadığını bildirib.

Bundan sonra isə Rəna evdəkilərlə sağollaşıb. yazdığına görə, o, Bakıdakı bacılarının yanına üz tutur. Amma bacıları onu Qusara bibisigilə göndərir. 4 gün orda qalan qadın elə o evdən də yoxa çıxır. Bundan sonra hec kim ondan xəbər ala bilməyib.