20 Yanvarda Bakıda gün ərzində gözlənilən hava şəraiti açıqlandı

20 Yanvarda Bakıda gün ərzində gözlənilən hava şəraiti açıqlandı

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında gün ərzində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, yanvarın 20-də saat 08:00-12:00 radələrində bəzi yerlərdə gözlənilən çiskinli az yağışın tədricən kəsiləcəyi, zəif duman olacağı ehtimal olunur. Şimal-qərb küləyi 7-12 m/s, arabir 15 m/s. Havanın temperaturu 4-6 dərəcə isti olacaq.

Saat 12:00-15:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 5-10 m/s, arabir 12 m/s. Havanın temperaturu 6-8 dərəcə isti olacaq.

Saat 15:00-18:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 3-8 m/s, arabir 10-12 m/s. Havanın temperaturu 5 dərəcə isti olacaq.
XƏBƏRLƏR
BLOGLAR