Foto 10:58 28.12.2017

2017-ci ilin ən çox qazanan aktrisaları (FOTOLAR)

Qaynarinfo 2017-ci ildə ən çox qazanan aktrisaları təqdim edir.

Emma Vatson

27 yaşlı ingilis aktrisa "Beauty and the Beast" filmi ilə 14 milyon dollar əldə edərək siyahıda 6-cı yerdə qərarlaşıb.

Mila Kunis

"Bad Moms" filmi ilə ekranlara gələn Kunis 2017-ci ildə 15 milyon dollara sahib çıxa bilib.

Melissa Makkarti 

"Mike and Molly" adlı televiziya proqramını dayandıran aktrisa "Life of the Party" filmi ilə uğur qazanıb və bu il 18 milyon dollar gəlir əldə edə bilib.

Cennifer Laurens 

"Hunger Games" filmi ilə son illərdə ekranlara gələn Laurens bu il "Mother" filmində iştirakı ilə yadda qalaraq "Dior" ilə əməkdaşlıq edib və 24 milyon dollar qazanıb. 

Cennifer Aniston 

"Friends" serialı ilə məşhurlaşan Cennifer Aniston il ərzində əksəriyyəti reklamlardan olmaqla 25 milyon dollar əldə edərək siyahıda 2-ci yerdə qərarlaşıb.

Emma Stoun

İlin əvvəlində "La La Land" filmində iştirakı ilə şöhrətinə şöhrət qatan aktrisanın fəaliyyəti 26 milyon dollara sahib çıxması ilə nəticələnib.

Gülşən