SplashData şirkəti yola saldığımız ilin 25 ən uğursuz parolunu açıqlayıb. 

Qeyd edək ki, adıçəkilən şirkət bir milyondan artıq müştəriyə onlayn təhlükəsizlik xidmətləri göstərir. Öz təcrübəsindən çıxış edən şirkət bu il də uğursuz parolların siyahısını açıqlayıb və belə parollardan istifadənin təhlükəli olduğunu xatırladıb.

Son iki ildə kifayət qədər nəhəng şirkətlərin və dövlət qurumlarının kompüter sistemləri hakerlərin əlinə keçib. Maraqlıdır ki, hətta böyük şirkətlər və dövlət qurumlarının da bəzən "123456” kimi primitiv parollardan istifadə etdiyi bəlli olub. Hətta hələ də «Password» (tərcümədə "Parol”) sözünü də məhz parol olaraq istifadə edənlər var.

SplashData-nın açıqlamasına görə, istifadəçilərin təxminən 10 faizi 2017-ci il ərzində ən azı bir dəfə "TOP-25” siyahısında yer alan primitiv parollardan istifadə edib. Onların 3 faizi isə parol olaraq «123456» ardıcıllığından istifadə ediblər.

Beləliklə 2017-ci ilin ən pis 25 parolu (mötərizədə parolların il ərzində populyarlıq dərəcəsinə görə yerdəyişməsi göstərilib):

1. 123456 (Dəyişilməz qalıb)
2. Password (Dəyişilməz qalıb)
3. 12345678 (1 pillə yuxarı)
4. qwerty (2 pillə yuxarı)
5. 12345 (2 pillə aşağı)
6. 123456789 (Yeni)
7. letmein (Yeni)
8. 1234567 (Dəyişilməz qalıb)
9. football (4 pillə aşağı)
10. iloveyou (Yeni)
11. admin (4 pillə yuxarı)
12. welcome (Dəyişilməz qalıb)
13. monkey (Yeni)
14. login (3 pillə aşağı)
15. abc123 (1 pillə aşağı)
16. starwars (Yeni)
17. 123123 (Yeni)
18. dragon (1 pillə yuxarı)
19. passw0rd (1 pillə aşağı)
20. master (1 pillə yuxarı)
21. hello (Yeni)
22. freedom (Yeni)
23. whatever (Yeni)
24. qazwsx (Yeni)
25. trustno1 (Yeni)

Aşağıdakı parollar isə "TOP-25” siyahısına daxil olmasa da, populyar olub və istifadə edilməsi tövsiyə olunmur.

26. 654321
27. jordan23
28. harley
29. password1
30. 1234
31. robert
32. matthew
33. jordan
34. asshole
35. daniel

Əgər yuxarıda sadalanan parollardan hər hansı birini hansısa hesabınızda istifadə edirsinizsə, ləngimədən parolunuzu dəyişin. Hakerlər proqramların ilk olaraq yoxladıqları parollar məhz bunlardır. (Kuryoz.com)