Ölkə 14:16 10.08.2015

Hava necə olacaq?

Sabah ölkədə yağmursuz hava müşahidə olunacaq. 

Qaynar.info-nun Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Gün ərzində əsən şimal-qərb küləyi gündüz cənub-şərq küləyinə keçəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 11-də havanın temperaturu gecə 23-26˚, gündüz 30-35˚ isti olacaq.

Avqustun 11-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu aran rayonlarında gecə 19-24˚, gündüz 35-38˚ isti, dağlarda gecə 13-18˚, gündüz 24-29˚ isti olacaq.

Qaynar.info