Sənət 11:27 11.10.2014

Xalq artisti xəstəxanaya yerləşdirildi



Xalq artisti Yalçın Rzazadəninin səhəti qəfil pisləşib.

Gecce.az xəbər verir ki, xalq artisti haqqda bu xoşagəlməz xəbəri Zaur Kamal verilişi başlar-başlamaz canlı efir vasitəsi ilə söyləyib. Bu gün onun verilişinin qonağı olacağı gözlənilən xalq artisti ilə yanaşı, müğənni Elton da avtomobil qəzası keçirib. Birdən-birə eyni gündə efirə dəvət etdiyi iki qonağının başına gələn bu xoşagəlməz hadisədən məyusluğunu gizlətməyən Zaur, təəssüfünü bildirib:

“Bu günki verilişimizdə o insanlar iştirak edəcəkdi. Amma eşitdik ki, Yalçın Rzazadə xəstəxanadadır. Allah şəfa versin! İlk olaraq biz Yalçın müəllimlə zəng edib əlaqə saxladıq. Prodüsserimiz Yalçın müəllimə zəng etdi, amma zəngə cavab vermədilər. Bilmirəm xəbəriniz var, ya yoxdur. Elton da avtomobil qəzası keçirib. Allah sənətkarlarımıza, gözəl insanlarımıza dəyməsin”.

Qaynar.info