Sənət 14:08 14.06.2014

Flora Kərimova əməliyyat olundu

“Həkimin cavabı oğlumu çox qorxutdu”.

Xalq artisti əməliyyat masasına uzanıb.

Qaynar.info gecce.az-a istinadən xəbər verir ki, “ATV Maqazin”ə özəl açıqlama verən Flora Kərimova 10 gün əvvəl zobdan əməliyyat olduğunu söyləyib.

Xanım Kərimova müalicə üçün digər ölkələrə deyil, məhz Tiflisə üz tutub. O deyir ki, Tiflisə getmək, İrana getməkdən daha ucuz başa gəlib. Bir həftə Tiflisdə qalmalı olan sənətçinin vəziyyəti hazırda yaxşıdır. Amma bir əmması var.

“Çox böyük şişkinlik vardı. Əziyyətli proses oldu. Bu gün həkimimlə də söhbətim zamanı hər şeyin yaxşı olduğunu söylədi. Zob mənə nə ağrı verirdi, nə də oxumağıma mane olurdu. Amma həkimlər əməliyyatdan sonra  iki ay ərzində oxumağı qadağan etdilər. Mən də sevindim. Onsuz da, oxumaqdan zəhləm gedirdi”, - xalq artisti deyib.

Hollandiyaya səfəri zamanı müayinədən keçərkən xəstəliyi ilə bağlı ilk məlumatı aldığını deyən Kərimova oğlunun çox qorxduğunu, elə oradaca oğlunun onu əməliyyat etdirmək istədiyini bildirib. Amma xalq artisti oğluna əziyyət vermək istəmədiyi üçün fikrini dəyişdirməli olub. İfaçının sağlıq durumunu mediadan gizlin saxlamağının səbəbi isə ajiotaj yaratmaq istəməməsi olub.