Ekonomiks 11:24 01.06.2015

Azərbaycan nefti bahalaşdı

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 2,69 dollar bahalaşaraq 65,30 dollar təşkil edib. Anspress-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsi bildirib.

Dünya birjalarına gəlincə, neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,50 dollar ucuzlaşaraq 59,80 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar azalaraq 65,17 dollar olub.

Xatırladaq ki, ötən gün isə Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 2,62 dollar bahalaşaraq 60,30 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2,98 dollar artaraq 65,56 dollar olub.

Qaynar.info