Ekonomiks 10:02 13.05.2015

Dollar ucuzlaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0484-dən 1.0480 AZN-ə qədər azalıb.

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1697-dən 1.1779-a qədər bahalaşıb.

Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. 1 rublun dəyəri 0.0206-dan 0.0210 manata qədər yüksəlib. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.


Qaynar.info