Ekonomiks 11:16 01.05.2015

Azərbaycan nefti bahalaşdı

Aprelin 30-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 66,87 dollara satılıb. 

Bu barədə fins.az-a Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib. 

Məlumata görə, bu, aprelin 29-da qeydə alınmış qiymətdən 0,33 dollar çoxdur. 

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Qaynar.info