Ekonomiks 10:38 02.03.2015

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.0498-dən 1.0496-ya düşüb.

Avronun məzənnəsində isə artım qeydə alınıb. Belə ki, 1 Avro bir gündə 1.1771-dən 1.1773-yə yüksəlib.

Avro və dollarla yanaşı, Rusiya rublunun kursunda da dəyişiklik olub. Ötən gün 0.0172 olan 1 rublun məzənnəsi bu günə 0.0170 olaraq müəyyən olunub. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.

Qaynar.info