Siyasət 19:20 21.05.2013

İlham Əliyev başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib.

Məktubda bildirilir: “Hörmətli cənab Prezident, Oklahoma ştatında baş vermiş təbii fəlakət – tornado nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Bu ağır anları Sizinlə bölüşür, yaralananların və xəsarət alanların tezliklə sağalacağına, dağıntıların aradan qaldırılacağına ümidlərimi ifadə edirəm”.

Qeyd edək ki, Oklahomada baş verən tornado qasırğası 100-dək insanın həyatına son qoyub.

Qaynar.info