Siyasət 09:45 06.05.2013

Abbas Abbasov İlham Əliyevə məktub yazdı

Rusiya azərbaycanlılarının Federal-Milli Muxtariyyəti “AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov prezident İlham Əliyevə məktub yazıb. Məktubda bildirilir:

“Rusiya Federal Milli-Mədəni Muxtariyyəti və Azərbaycan Təşkilatları İttifaqı adından görkəmli dövlət xadimi, siyasətçi Heydər Əliyevin 90 illiyi ilə əlaqədar bütün soydaşlarımızı təbrik edirəm. Azərbaycan onun müdrik siyasəti sayəsində qarşılıqlı hörmət, inam, yaxın qonşuluq və bərabərlik əsasında digər dövlətlərlə münasibətlərini qurur. Biz Rusiya azərbaycanlıları Azərbaycan xalqının böyük oğlu ilə qürur duyuruq”.

Məktubda Heydər Əliyevin vətənə tamamilə özünü həsr etmiş bir insan olduğu vurğulanır.

Qaynar.info