Ölkə 13:09 18.04.2014

Sabah hava necə olacaq? - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, gündüz  21-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info