Ölkə 12:19 19.04.2014

Sürücülərin nəzərinə!

Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılacaq.

Anspress-in məlumatına görə, bu barədə “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məlumat verilib.

Belə ki, bu gün saat 22:00-dan yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.

Xatırladaq ki, ötən gün saat 11:00-dan etibarən də yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə gün ərzində Zığ şossesində (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Zığ dairəsinə qədər) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.

Qaynar.info