Ölkə 09:51 13.03.2014

Bakı metrosunda problem

Bu gün Baklı Metropoliteninin qatarlarının hərəkətində yenə güclü ləngimələr müşahidə  olunub.

Milli.Az-ın müxbiri bildirir ki, "Azadlıq prospekti" metrostansiyasında platformada qatarı 7 dəqiqə gözləyən sərnişinlər daha beş dəqiqəni də qatara mindikdən sonra itirməli olublar.

Hər stansiyada 1-2 dəqiqə gecikən qatar stansiyalarda sərnişin sıxlığına səbəb olub.

Metronun yarıtmaz işi səbəbindən İşə gecikənlərin sayı-hesabı yoxdur desək, yanılmarıq...

Qaynar.info