Maqazin 18:00 28.10.2014

Azərbaycanı gözəllik müsabiqəsində bu qız təmsil edəcək - FOTOLAR

Azərbaycanı noyabrın 12-də Honq-Konqda keçiriləcək “Miss Model of the World 2014” yarışmasında 20 yaşlı Kamilla Ələkbərova təmsil edəcək. 

Axşam.az-ın məlumatına görə, bu haqda müsabiqənin ölkəmiz üzrə təşkilatçısı Aqil Məmiyev danışıb:  “Modelimiz noyabrın 11-də Honq-Konqa yola düşəcək. Bu yarışmada dünyanın 100-ə yaxın ölkəsindən iştirakçılar olacaq".

Qeyd edək ki, “Miss Model of the World” müsabiqəsi 1988-ci ildən hər il dünyanın nüfuzlu ölkələrində keçirilir. Yarışmanın beynəlxalq direktoru “World Beauty Congrens”in prezdenti Zamir Hüseynovdur.

Qaynar.info