Ekonomiks 15:59 03.04.2014

Bakıda bu yollar bağlanacaq

“Şəxsi avtomobillərdən az istifadə etmək xahiş olunur”.

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın Azərbaycana sabah rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, “Azneft” dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək

İdarədən sürücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etmək xahiş olunur.

Qaynar.info