Ekonomiks 13:21 04.09.2013

Bəzi rayonlarda qaz olmayacaq

Bakının Suraxanı, həmçinin ölkənin Sabirabad, Saatlı, İmişli, Balakən və Quba rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dək “Azadkənd-İmişli” magistral qaz kəməri, saat 13.00-dək “Quba” və “Qəçrəş”, saat 14:00-dan 17:00-dək “Balakən” ölçü qovşaqları, saat 10:00-dan isə Hövsan qəsəbəsini təbii qazla təmin edən qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabirabad, Saatlı, İmişli, Balakən və Quba rayonlarının bütün yaşayış məntəqələrinə və Suraxanı rayonunun Hövsan qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Qaynar.info