Ekonomiks 13:07 09.09.2013

3 rayonda qaz olmayacaq

Bu gün Biləsuvar, Lənkəran və Göyçay rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən Qaynar.info-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gündən etibarən sentyabrın 10-da saat 18:00-dək «Göyçay-1» qazpaylayıcı stansiyası, saat 13:00-dən saat 15:00-dək «Biləsuvar» və saat 16:00-dan 18:00-dək «Xarxatan» ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Göyçay, Biləsuvar və Lənkəran rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Qaynar.info