Ekonomiks 16:23 29.08.2013

Bakı metrosunda daha bir YENİLİK

Bakı metrosunun kart sistemində yenilik tətbiq olunub.

Milli.Az-ın məlumatına görə, gediş haqqı yükləmək üçün daha təkmil üsuldan istifadəyə başlanıb.

Yeni üsulda daha kartı aparata qoyandan sonra pulu daxil edib təsdiqləməyə ehtiyac yoxdur. Kartı aparata yaxınlaşdırıb pulu daxil edən kimi həmin məbləğ karta yüklənir. Metropoliten və polis əməkdaşları aparatların yanında dayanaraq sərnişinləri yeni qaydalarla bağlı məlumatlandırırlar.

Qaynar.info