Ekonomiks 17:59 02.10.2013

Metro istifadəçilərinə ŞAD XƏBƏR

Yaxın beş il ərzində Bakı Metropoliteni 11 stansiya istismara verməyi planlaşdırır


Bu barədə Trend-ə metropolitendən bildiriblər.

Metropolitendən deyiblər ki, yaxın üç ildə 8, daha sonrakı iki il ərzində isə 3 stansiyanın istismara verilməsi planlaşdırılır.

Bakı Metropolitenindən qeyd ediblər ki, 5 stansiyanın metronun yeni "bənövşəyi" xəttinin çəkilməsi çərçivəsində istismara verilməsi planlaşdırılır. Qalan 6 stansiya isə metronun "yaşıl" xəttinin davamı olaraq açılacaq.

2014-cü ildə "bənövşəyi" xəttin iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi" - istismara verilməsi, sonrakı iki il ərzində isə daha üç stansiyanın istismara verilməsi planlaşdırılır.

Hazırda "yaşıl" xəttin davamı olaraq Yeni Günəşli və Köhnə Günəşli qəsəbələri istiqamətlərində tunellərin çəkilməsi işləri də gedir. Öz növbəsində, "Xətai - Həzi Aslanov" sahəsində stansiyaların tikintisi işləri davam etdirilir.

Qaynar.info