Ekonomiks 19:00 06.09.2013

Prezidentdən daha bir SƏRƏNCAM

Azərbaycan prezidenti Salyan rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Salyan rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat, o cümlədən 6 min nəfərdən artıq əhalinin yaşadığı “Babazanan” yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq Kür çayı üzərində körpünün tikintisinə 1,0 (bir) milyon manat, Salyan-Şirvan avtomobil yolunun yenidən qurulmasına 1,0 (bir) milyon manat ayrılıb.

Qaynar.info