Ekonomiks 13:02 06.09.2013

Sərnişindaşıma tarifləri bahalaşdı

2013-cü ilin avqust ayında əvvəlki ayla müqayisədə Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,8 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 0,9 faiz, idxal üzrə 0,2 faiz və yerli əlaqə üzrə 2,1 faiz ucuzlaşıb, tranzit üzrə isə 2,1 faiz bahalaşıb.

Dəniz nəqliyyatı vasitəsilə xarici ölkələrə yükdaşıma tarifləri 5,7 faiz ucuzlaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,8 faiz, digər xarici ölkələrə isə 5,2 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,1 faiz bahalaşıb.

Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 7,8 faiz ucuzlaşıb.

Qaynar.info